Menyu

İmişlidə elelektrik cərəyanı vuran yeniyetmələrlə bağlı cinayət işi açılıb

Nərmin Qocamanlı
İmişlidə elelektrik cərəyanı vuran yeniyetmələrlə bağlı cinayət işi açılıb
1 dəq oxu

2 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş prokurorluğun Mətbuat xidməti "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin  14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Əlaqəli Xəbərlər