16 Aprel 2024, 11:17
Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib
Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib şəkil
Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, aprelin 16-da Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib.  

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.  

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov qonaqları salamlayaraq, təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib, eləcə də şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub. 

İştirakçıların sualları ətraflı cavablandırılmaqla onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.   

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

Son xəbərlər
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Böyük Dəbilqə": Azərbaycanın daha 9 cüdoçusu mübarizəyə qoşulur
Ucardakı ağır yol qəzasında yaralı sayı 22-ə çatıb - YENİLƏNİB 3
16 Fevral 2025, 13:18