http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkəmizdə boşanmaların sayı niyə artıb? - ARAŞDIRMA

16 Aprel 2024 , 15:05
Ölkəmizdə boşanmaların sayı niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda boşanma hallarının sayı evlənənlərdən daha çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Bəs son dövrdə boşananlar ən çox hansı səbəbdən bu addımı atırlar?

Mövzu ilə əlaqədar hüquqşünaslar "Operativ Media"nın sorğusuna cavab veriblər.

Vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycanda boşanmaların bir sıra obyektiv və subyektiv səbəbləri var:

"Amma onların içində birinci növbədə ailənin sosial-maddi rifahının yaxşı olmaması ən əsas səbəblərdən biridir. Daha sonra valideynlərin ailəyə müdaxiləsi gəlir. Xəyanət faktoru da son dövrlər boşanmalarda əsas məsələlərdən biri hesab edilir. Dördüncü faktor kimi biz xasiyyətlərin uyuşmazlığını demək olar. Son dövrlər biz şahidi oluruq ki, cütlüklər bir birini tam tanımadan və adaptasiya olmadan evlilik yolunu seçirlər. Bu da yaxın perspektivdə mənfi nəticələrə səbəb olur. Onların bir-birilərinin xasiyyətlərinə bələd olmaları üçün müəyyən zaman dilimi lazımdır. Ancaq şahid oluruq ki, gənclər qərarlarını çox tələm-tələsik və ani verirlər. Bu da öz növbəsində gələcəkdə boşanmalara gətirib çıxardır".

Vəkil Tural Həsənlinin sözlərinə görə, gənclər arasında dözümsüzlüyün və ailədaxili anlaşılmazlığın olması da boşanmalara səbəb olur:

"Tərəflər artıq bir-birilərinə qarşı dözümlülük nümayiş etdirmək istəmirlər. Eyni zamanda digər amil kimi gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər sonda boşanmaq qərarına gəlirlər. Bundan başqa aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların çoxalmasında sosial şəbəkələrin də təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr ucbatından nəinki münaqişələrin, hətta qətllərin sayının artdığının şahidi oluruq.  Çünki sosial şəbəkələrdə evil şəxsin öz ailə vəziyyətinə uyğun olmayan davranış sərgiləməsi ailədaxili problemlərin dərinləşməsinə və boşanma ilə nəticələnməsinə əsas olan hallardandır”.

Hüquqşünas Şamil Paşayev isə qeyd edib ki, əksər hallarda boşananlara səbəb anlaşmazlıq və biri-birinə şər atmaq olur:

"Kişinin narkoman olduğunu, qadının isə əxlaqsızlıqla məşğul olduğunu iddia edirlər. Amma çox vaxt baxırsan ki, onların heç biri deyildiyi kimi deyil. Bu da o deməkdir ki, tərəflər acıq çıxmaq üçün bir-birilərinə şər atırlar. Həm də bəzən insanlar heç niyə evləndiklərinə səbəb tapa bilmirlər. Lakin bu mövzular individualdır deyə dəqiq infoqrafik məlmatlar yetərli hesab edilmir. Lakin boşanmaların çox olmasından qorxmaq lazım deyil.  Əgər şəxslər bir evdə yaşayıb bir-birilərinə nifrət edəcəklərsə, yola getməmələri cinayətə qədər gətirib çıxaracaqsa, bu halda ən yaxşı versiya boşanmaqdır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb

Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb

Sabah iki rayonun bəzi ərazilərində qaz kəsiləcək

Sabah iki rayonun bəzi ərazilərində qaz kəsiləcək

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • Dünən
    23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • Dünən
    22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • Dünən
    22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • Dünən
    22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • Dünən
    22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • Dünən
    22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • Dünən
    21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Menyu