http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək

16 Aprel 2024 , 17:25
Füzuli şəhərinə daha 156 ailə köçürüləcək

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Komitədən "Operativ Media"ya verilən məlumata görə, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaqdır. 

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

OXŞAR XƏBƏRLƏR
"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

XƏBƏR LENTİ
  • 23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • 23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • 22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • 22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • 22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • 22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • 22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • 21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Menyu