http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib

16 Aprel 2024 , 17:39
Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aprelin 16-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat, sığorta ödənişləri, torpağın sənədləşməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sarvan Cəfərov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Daha sonra nazir müavini Mirzəqurbanlı kəndi ərazisində yerləşən fermer Emin Əliyevə məxsus taxıl sahəsinə baxış keçirib, sahədə aparılan mövsümi aqrotexniki tədbirlərlə maraqlanıb. Taxılçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

XƏBƏR LENTİ
  • 23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • 23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • 22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • 22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • 22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • 22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • 22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • 21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Menyu