http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

16 Aprel 2024 , 19:32
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bu ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin iştirakı ilə həmin ərazi tullantılardan təmizlənib, torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Leyla xanım Əliyevanın iştirakı ilə baş tutan budəfəki aksiyada meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxındır. Aksiya zamanı 500 Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib və abadlıq işləri aparılıb. Bu ərazidə ağacların səmərəli sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu