Menyu

FHN Gədəbəydə qanunsuz tikilini söküb

Nərmin Qocamanlı
FHN Gədəbəydə qanunsuz tikilini söküb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

Bu barədə "Operativ Media"ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Əlaqəli Xəbərlər