Menyu

Zərdabda su kanalından qumbara və pulemyot aşkarlanıb 

Nərmin Qocamanlı
Zərdabda su kanalından qumbara və pulemyot aşkarlanıb 
1 dəq oxu

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron  aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər