Günəş panellərinin quraşdırılmasının xərci nə qədərdir?

Nərmin Qocamanlı
Günəş panellərinin quraşdırılmasının xərci nə qədərdir?

Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılmasına maraq getdikcə artmaqdadır. Artıq rayonlarda bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. 

Eyni zamanda ötən ildən bəri vətəndaşlar da fərdi olaraq günəş panellərini evlərin damına və ya həyətyanı sahələrə  quraşdıraq enerjidən istifadə edə bilirlər. 

Bəs günəş panellərindən istifadə etmək istəyən vətəndaş hara müraciət etməlidir və quraşdırılması üçün nə qədər xərc lazımdır?

Bununla bağlı “Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert İlham Şaban bildirib ki, əhali qrup istehlakçıların “Azərişıq”dan aldığı elektrikin qiyməti şəxsi həyətində əmlakında alternativ enerji mənbələrindən quraşdırılmış enerjinin xərcindən daha ucuzdur:

"Azərbaycanda sosial şəbəkələrdə yaşıl enerji, “green energi”, "alternativ enerji"  xidmətləri təklif edən şirkətlər var. Ancaq məişətdə fasiləsiz olan enerjini günəş panellərindən əldə etmək çətindir. Günəş panellərinin qiyməti 250 manatdan başlayır. Bunlar keyfiyyəti yüksək olmayan bir şeydir. Normal panellər 500 manatlıq olur və Çindən gəlmədir. Lakin düşünülməməlidir ki, 500 v, 200 v, 300 v olan panellərdən birini aldım, qoşdum, işıq verəcək. Onun batareyaları, montaj hissələri panelin özündən bahadır. Digər tərəfdən məişət üçün 3-4 kv gücündə enerji lazımdır, onu fasiləsiz əldə etmək lazımdır, amma günəş qaranlıq vaxtı olmur. Buna görə də böyük batareyalar olmalıdır ki, gecə vaxtı da işıq verə bilsin. Odur ki, 10 kilovatlıq alınmalıdır ki, ehtiyacları ödəmək mümkün olsun. Bu isə ən aşağısı 8000 manata başa gəlir. Bütün hər şeyi qurulmuş panellərin belə istismar xərci var”.

Sevinc İbrahimzadə

Digər xəbərlər