Menyu

AZAL-ın Dubaya uçan reysi əlverişsiz hava səbəbindən geri qayıdıb

Nərmin Qocamanlı
AZAL-ın Dubaya uçan reysi əlverişsiz hava səbəbindən geri qayıdıb
1 dəq oxu

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

Bu barədə “Operativ Media” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd olunur ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

Əlaqəli Xəbərlər