http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Apellyasiya Məhkəməsi Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

17 Aprel 2024 , 13:53
Apellyasiya Məhkəməsi Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarə əsasən, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb. Qərardan verilən kassasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı yenidən müsadirə edilib.

Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

XƏBƏR LENTİ
  • 05:48

    Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib
    Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib
  • Dünən
    23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • Dünən
    23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • Dünən
    22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • Dünən
    22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • Dünən
    22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • Dünən
    22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • Dünən
    22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
Menyu