http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

17 Aprel 2024 , 15:21
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir.

"Operativ Media" XRİTDX-nin məlumatına istinadən xəbər verir ki, nümayəndə heyətinə Xidmətin rəisi general-leytenant İlqar Musayev rəhbərlik edir.

Bildirilir ki, sammit çərçivəsində təşkil edilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda (ICCD) çıxışı zamanı İ. Musayev rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, kibermünaqişələrin qarşısını almaq və kiberməkanda məsuliyyətli dövlət davranışını təmin etmək üçün diplomatik səylərin lazım olduğunu vurğulamış, eyni zamanda Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyi haqqında məlumat verib.

Sammit çərçivəsində Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər, Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti, Təhlükəsiz Rəqəmsal Ticarət Mühitinin Təşviqi, İnkişaf etməkdə olan Texnologiyalar üçün Əməkdaşlığın Hüquqi Çərçivələri mövzusunda panel müzakirələr aparılıb. Panel müzakirələrdə XRİTDX-nin idarə rəisi Tural Məmmədov qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələrindən danışıb. O, süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların effektivliyini xüsusi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

"Azərsu"nun 955 Zəng Mərkəzinin işində fasilə yaranıb

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır

XƏBƏR LENTİ
  • Dünən
    23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • Dünən
    23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • Dünən
    22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • Dünən
    22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • Dünən
    22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • Dünən
    22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • Dünən
    22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • Dünən
    21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Menyu