Astarada işıq olmayacaq
Operativ Media
Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 18 dekabr tarixində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndləri, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.