Menyu

AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib

Operativ Media
AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib.

AMADA-dan Operativ Media-ya bildirilib ki, iclasda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.

Sonra Agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər