Menyu

Sabirabadda ticarət mərkəzində nöqsanlar aşkarlanıb

Operativ Media
Sabirabadda ticarət mərkəzində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən Gülşən" ticarət mərkəzində yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş, müfaviq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.

Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər