Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, Ağazadə Tural Aqil oğluna məxsus marketdə plandankənar yoxlama keçirib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, “Organic”, ”Gold Organic”, ”Baku” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.