Lənkəranda ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədiyi aşkarlanıb
Operativ Media
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Lənkəran rayonunun Şovu kəndində yerləşən, fiziki şəxs Əliyev Nəriman Vahab oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.