Menyu

Masazırda elektrik enerjisinin verilişində fasilə olacaq

Operativ Media
Masazırda  elektrik enerjisinin verilişində fasilə olacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq 19 dekabr tarixində saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, "Qurtuluş 93", "Yeni Bakı, "Nahid", "Abşeron Gənclər Şəhərciyi" Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər