Menyu

DİN pirotexniki vasitələrlə bağlı vətəndaşlara müraciət edib

Operativ Media
DİN pirotexniki vasitələrlə bağlı vətəndaşlara müraciət edib

Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur. 

DİN Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər