Menyu

DİN saxta “onlayn mağaza” səhifələrinə qarşı vətəndaşları diqqətli olmağa çağırır

Operativ Media
DİN saxta “onlayn mağaza” səhifələrinə qarşı vətəndaşları diqqətli olmağa çağırır

Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən səhifələr üzrə vətəndaşların aldadılması halları müşahidə olunur. Bu səhifələrdən geyim əşyaları sifariş edən şəxslərdən ödəniş tələb edilir və nəticədə pul vəsaitləri mənimsənilir.
 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 

Yeni il ərəfəsində bu cür səhifələrin fəallığı daha da artır, “xüsüsi bayram endirimi” adı altında vətəndaşların etimadını qazanmağa çalışırlar. Hətta  paylaşımlarını daha çox insanın izləməsi üçün sosial şəbəkənin ödənişli reklam xidmətindən də yararlanırlar.

Kiberdələduzluq halları ilə üzləşməmək üçün:

Tanımadığınız və etibarsız səhifələrdən alış-veriş etməyin;

Məhsulu görmədən və təsdiqləmədən təqdim edilən bank kartlarına pul göndərməyin;

Şəxsi və bank kartı məlumatlarınızı heç bir halda paylaşmayın.

Əlaqəli Xəbərlər