Menyu

Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb

Operativ Media
Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb

Cəlilabad rayonu, H.Əliyev prospekti, ev 9 ünvanında Quliyev Füzuli Əvəz oğluna məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Qurbanov Hikmət Əliağa oğluna məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Əliyev Akif Ağaxan oğluna məxsus “Yaşar” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. 

Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər