Menyu

Masallıda marketdə saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb

Operativ Media
Masallıda marketdə saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb

Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Həşimli Mais Təvəkgül oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. 

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər