Menyu

Ramanada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Operativ Media
Ramanada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Azerişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

Əlaqəli Xəbərlər