ÜGT-nin Bakıda yerləşən ofisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı tədbir keçirilir
Operativ Media
Dekabrın 29-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində dəyirmi masa təşkil edilib.
Operativ Media xəbər verir ki, tədbir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri mövzusuna həsr olunub.