Menyu

Ağsu dolaylarında hərəkət çətinləşib

Operativ Media
Ağsu dolaylarında hərəkət çətinləşib

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Operativ Media-ya  bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.

Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir, təhlükəsizlik tədbirləri davam edir.

Əlaqəli Xəbərlər