Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Operativ Media
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.