Menyu

Biləsuvar və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Operativ Media
Biləsuvar və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli, Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Lənkəran EŞ-nin ərazisində 35 kV-luq "Hirkan" hava xəttində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbələri, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər