AZAL: Baş verən insident Çexiya hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir
Operativ Media
Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin qarşısı vaxtında alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini ekipajı dayandırıb.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
"Sözügedən hadisə Praqa hava limanında baş verib. Bu insidentlə bağlı bütün məsələlər Praqa hava limanı və Çexiya Respublikasının hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir". - məlumatda qeyd edilib.