Menyu

500-dən çox şəxs yüksəktexnologiyalı və ən müasir protezlərlə təmin edilib

Operativ Media
500-dən çox şəxs yüksəktexnologiyalı və ən müasir protezlərlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksəktexnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır.

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyaya aid 500-dən çox hərbçi yüksəktexnologiyalı və ən müasir protezlərlə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media -ya verilən məlumata görə, onlara ümumilikdə 620-dək son nəsil protez verilib. Aktivlik və funksionallığı ilə seçilən həmin protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkət imkanına malik olur.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.

Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və bu, onların idman oyunlarında daha sərbəst və rahat hərəkətlər etməsinə imkan verir.

Əlaqəli Xəbərlər