Tərtərdə narkotik vasitə və odlu silah satan şəxs həbs olunub
Operativ Media
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb. Ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmıdov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.