Menyu

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib

Operativ Media
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib

Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Operativ Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Hasil Abbasov 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

2012-2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.

Əlaqəli Xəbərlər