Menyu

Daha bir heyvan bazarında yenidənqurma işləri yekunlaşır

Operativ Media
Daha bir heyvan bazarında yenidənqurma işləri yekunlaşır

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bu çərçivədə Şamaxı rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub.

Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. 

Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur.


Əlaqəli Xəbərlər