Xırdalanda “Range Rover” markalı avtomobilə 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Operativ Media
Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib. O, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.