Menyu

Binəqədidə avtomobildə yanğın baş verib

Operativ Media
Binəqədidə avtomobildə yanğın baş verib

Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər