Menyu

Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” layihəsi yekunlaşıb

Operativ Media
Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” layihəsi yekunlaşıb

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” adlı layihə yekunlaşıb.

Operativ Media xəbər verir ki, layihə çərçivəsində 4 maarifləndirici tədbir təşkil olunub. Tədbirlərdə YAP Nizami rayon təşkilatının, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və əməkdaşları, eləcə də Nizami rayon Ağsaqqallar Şurasının üzvləri və gənclər iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun formalaşmasında, Konstitusiya dəyərlərinin bərqərar edilməsində, suverenlik ideyasının möhkəmləndirilməsində və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsində müstəsna rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu zəngin siyasi və ideoloji irsin gənc nəslə xüsusi əhəmiyyət daşıyır.

Tədbirlər interaktiv müzakirələr şəraitində baş tutub. Gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, hüquqi maarifləndirmə istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Həmçinin layihə çərçivəsində təşkil olunan 3 inşa müsabiqəsinin qalibləri diplomlarla, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Əlaqəli Xəbərlər