Abşeronda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Operativ Media
Yanvarın 10-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq "Masazır-1" və "Xırdalan-5" hava xətlərində təmir işi aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 may qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.