Menyu

Neftçalada “Toyota” markalı avtomobil su kanalına düşüb, bir nəfər həyatını itirib

Operativ Media
Neftçalada “Toyota” markalı avtomobil su kanalına düşüb, bir nəfər həyatını itirib

Ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobil su kanalına düşüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, sürücü su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb.

Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.


Əlaqəli Xəbərlər