Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Operativ Media
Yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azerişıq" ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net