Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Operativ Media
Yanvarın 13-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.