Menyu

Rəsmi gəliri olmayan şəxslərə kredit verilə bilər?

Ayşən Sadıxzadə
Rəsmi gəliri olmayan şəxslərə kredit verilə bilər?

İstehlak krediti ala bilmək üçün əsas şərt rəsmi iş yerinin və ya daimi əmək haqqının olmasıdır. Banklar və bank olmayan kredit təşkilatları bununla bağlı konkret tələb irəli sürürlər. Lakin faktiki gəliri olan, ancaq bunu rəsmiləşdirməyən minlərlə insan bu imkanlardan yararlana bilmir. Ya onlara kredit verilmir, ya da ciddi çətinliklərlə üzləşərək bankdan faiz qarşılığında pul götürə bilirlər.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan ekspert Əkrəm Həsənovun sözlərinə görə, ölkədə rəsmiləşmədən gəlir əldə edən kifayət qədər vətəndaş var:

“Lakin bank əməkdaşları həmin şəxslərə kredit verməkdə maraqlı deyillər. Onlar bunu sonradan vəsaitin geri qaytarılması zamanı yarana biləcək risklərin çoxluğu ilə əlaqələndirirlər.

Bank olmayan kredit təşkilatlarında isə vəziyyət bir qədər fərqlidir. Qeyri-rəsmi gəliri olan şəxslərə kreditlər veriləndə onun doğrudan da gəliri olub-olmamasını yoxlamaq çox çətin məsələdir. Amma bank olmayan kredit təşkilatlarına dair belə tələb yoxdur. Yəni onlar rəsmi gəliri olmayan şəxsə də kredit verə bilərlər. Məhdudiyyət yoxdur. Bank olmayan kredit təşkilatı özü yoxlayır, baxır və qeyri-rəsmi gəliri müəyyən edirsə, kredit verə bilər”.

Bank məsələləri üzrə mütəxəssis İsmayıl Məmmədovun sözlərinə görə, xarici təcrübədə klassik əmək haqqı anlayışı modellərindən yox, digər alətlərdən istifadə etməyə çalışırlar:

“Azərbaycanda inkişaf etmiş ölkələrdə və müasir dövrün qanununa uyğun olaraq müəyyən məlumatlar bazası formalaşır. Kommunal ödənişlər tarixçəsi, mobil operator ödənişlər tarixçəsi, hesab dövriyyəsi, elektron ticarət dövriyyəsi və digər davranış modellərinə əsasən risk profili formalaşdırılır və ona uyğun olaraq da kreditləşmə həyata keçirilir.

Afrika, Latın Amerikası və Asiyada data üzərində avtomatik skoringlər aparılır və kiçik məbləğlərdə kreditlər təklif edilir. Bir sıra ölkələrdə hökumətlər banklara bir növ zəmanət mexanizmi yaradırlar və bu qeyri-rəsmi gəliri olan şəxslərə də dövlət tərəfindən dəstəklənərək kredit riskinin bir hissəsini üzərinə götürməklə kreditlər verməyə çalışırlar”.

Əlaqəli Xəbərlər