Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
Operativ Media
Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Rayon ərazisində qeydə alınan daha bir oğurluq zamanı isə “VAZ-2107” markalı avtomobildən 780 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Namazov da saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net