Menyu

Dövlət Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

Operativ Media
Dövlət Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Operativ Media Azər Mursaqulovun dosyesini təqdim edir:

Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub.

O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.

Əlaqəli Xəbərlər