Sabah İlaxır çərşənbədir
Sabah Azərbaycanda Novruz bayramının Torpaq çərşənbəsi qeyd olunacaq.
Operativ Media xəbər verir ki, Torpaq çərşənbəsi xalq arasında İlaxır çərşənbə kimi də tanınır və Novruzdan əvvəl qeyd olunan dörd çərşənbənin sonuncusudur.
İnanca görə, bu gün torpaq oyanır, yazın gəlişi ilə təbiət canlanır və yeni həyat başlayır.
Ənənəyə əsasən, insanlar bu gün evlərdə bayram süfrəsi açır, tonqallar qalayır, şirniyyatlar hazırlanır və müxtəlif mərasimlər keçirilir. İlaxır çərşənbə həm də küsülülərin barışdığı, ailələrin bir araya gəldiyi xüsusi günlərdən biri hesab olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
● Bayramlardan sonra ilk iş günü nə vaxtdır?
● 19 mart qısaldılmış iş günüdür?
21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən 25 və 26 mart da qeyri-iş günü olacaq.
Martın 20-si və 21-i Ramazan bayramına təsadüf edir. Bayram günü digər qeyri-iş gününə düşdükdə növbəti iş günü istirahət günü kimi hesab olunur. Bu səbəbdən 27 və 30 mart da qeyri-iş günü olacaq.
Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləridir.