“Apple” həvəskarlarının uzun müddətdir gözlədiyi yeni “iMac” modelinin çıxış tarixi bəlli olub.
“Operativ Media” xəbər verir ki, bu barədə “Bloomberg”dən Mark Qurman qeyd edib.
Qurmanın sözlərinə görə, Apple 2021-ci ildə 24 düymlük versiyasını təqdim etdikdən dərhal sonra peşəkar “iMac”ı satışa çıxarmağı planlaşdırırdı, lakin bu məhsul maddi problemlər səbəbiylə ikinci planda qalıb.
Apple 2 noyabrda şirkətin 3-cü rübündəki qazancını elan etməzdən əvvəl yeni “Mac”ları, o cümlədən “iMac”ı təqdim etməyi planlaşdırır.
Apple həmçinin yeni 14 və 16 düymlük “MacBook Pro” modellərini də təqdim edəcək. Şirkət bu cihazların yeni versiyalarını 2023-cü ilin yanvarında elan edib və indi yeni modelini təqdim etməsi mümkündür.
“Apple “MacBook Pro”ları yeniləsə, bu məhsullar çox güman ki, mövcud versiyalara bənzəyəcək, ən böyük fərq içərisində yeni M3 çipləri olacaq”, - deyə xəbərdə bildirilib.
Sevinc İbrahimzadə
Teqlər:
"\u201ciMac\u201d\u0131n \u00e7\u0131x\u0131\u015f tarixi b\u0259lli olub\u00a0"