Menyu

Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsinin qu­rulma­sına ha­zır­lıq ge­dir

Redaksiya
Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsinin qu­rulma­sına ha­zır­lıq ge­dir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq görür.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.

"Bu il sent­yabrın 19-20-də Qa­ra­bağ­dakı se­pa­rat­çı re­ji­mə qar­şı ke­çirilmiş an­ti­ter­ror əmə­liy­yat­la­rı za­ma­nı Döv­lət Xid­mə­ti Xan­kən­di­də, Ağ­də­rə və Xo­ca­lı rayonlarında döv­lət qu­rum­la­rı­nın eti­bar­lı ida­rə olun­ma­sı və mə­lu­mat mü­ba­di­lə­si­nin təş­ki­li məq­sə­di i­lə ope­ra­tiv ola­raq TET­RA ra­diora­bi­tə şə­bə­kə­si qu­rla­raq is­ti­fa­də­yə ve­rib. İndi isə hə­min böl­gədə­ “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq ge­dir", - deyə o qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər