Menyu

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9° aşağı enəcək - XƏBƏRDARLIQ

Redaksiya
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9° aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Operativ Media”ya məlumat verilib.

Noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 27-si gündüz şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Teqlər:

"Havan\u0131n temperaturu \u00f6t\u0259n g\u00fcnl\u0259rl\u0259 m\u00fcqayis\u0259d\u0259 5-9\u00b0 a\u015fa\u011f\u0131 en\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər