Menyu

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Nərmin Qocamanlı
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

"Operativ Media" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir. 

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər