http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rövşən Rzayev Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

22 Aprel 2024 , 17:44
Rövşən Rzayev Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 22-də Tərtər rayonunda vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Dövlət Komitəsindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Tərtər və Bərdə rayonlarının sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin olunması, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, keçmiş məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcək. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • Dünən
    23:51

    Azərbaycan və Rusiya rəsmiləri COP29-a hazırlığı müzakirə edib
    Azərbaycan və Rusiya rəsmiləri COP29-a hazırlığı müzakirə edib
  • Dünən
    23:26

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən
    23:21

    "Fənərbağça" çempionluq yolunda vacib xal itirdi
  • Dünən
    23:08

    ABŞ Ukraynaya qoşun yeritmək niyyətində deyil
  • Dünən
    22:53

    Lukaşenko Putinlə hərbi-siyasi məsələləri müzakirə edəcək
  • Dünən
    22:39

    Makron: Fransa Çinin Rusiya ilə uzunmüddətli münasibətlərinə hörmət edir
  • Dünən
    22:24

    Cinpin: Ukrayna böhranını yeni soyuq müharibə üçün bəhanəyə çevirməyin əleyhinəyik
  • Dünən
    22:09

    ABŞ və Rumıniya liderləri Ukrayna və enerji məsələlərini müzakirə edəcəklər
Menyu