Menyu

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb 

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Neft\u00e7alada narkotik satmaq ist\u0259y\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b\u00a0"

Əlaqəli Xəbərlər