Menyu

Masallıda narkotiklərin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Masallıda narkotiklərin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb.

Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb. O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb.

Onun üzərindən və evindən ümumilikdə  5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb. Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər